Makron da İrana şərt qoydu: “Onları azad edin”

04.02.2026

Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa prezidenti Emmanuel Makron İran İslam Respublikasının Avropa Birliyinə üzv ölkələrin ordularını terrorçu təşkilatlar siyahısına daxil etməsi ilə bağlı qərarına münasibət bildirib.

Sitat.info xəbər verir ki, Makron bu açıqlamanı jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Fransa prezidenti bildirib ki, İran hakimiyyəti beynəlxalq səviyyədə bu cür addımlar atmazdan əvvəl ölkə daxilində davam edən proseslərə diqqət yetirməli, öz xalqına hörmət etməli və siyasi məhbusları azad etməlidir.
Onun sözlərinə görə, İslam Respublikasının mövqeyi mövcud reallıqlarla ziddiyyət təşkil edir.
Makronun açıqlaması SEPAH-a bağlı “Fars News” agentliyinin bazar ertəsi axşamı yayımladığı görüntülər fonunda səslənib.

Agentlik heç bir əlavə izahat vermədən Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əl-Dəfra hava bazasının peyk görüntüsünü dərc edib.

Aytac,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью