Makron Davos forumunu erkən tərk etdi | Icma.az
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa prezidenti Emmanuel Makron Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını vaxtından əvvəl başa vurub.AzPost Politico nəşrinə istinadla xəbər verir ki, buna səbəb Makronun ABŞ prezidenti Donald Trampla şəxsi görüş barədə razılıq əldə edə bilməməsi olub.
Məlumata görə, Fransa lideri daha əvvəl Trampla birbaşa görüş üçün təşəbbüs göstərib və onu Parisə dəvət edib.
Lakin bu dəvətə baxmayaraq, Davos çərçivəsində tərəflər arasında “təkbətək” formatda danışıqlar baş tutmayıb.
Nəticədə Makron forumu planlaşdırıldığından daha tez tərk edib.
Qeyd olunur ki, hadisədən bir gün əvvəl Donald Tramp öz sosial şəbəkə səhifəsində Makrondan aldığı mesajın məzmununu açıqlayıb.
Həmin mesajda Fransa prezidenti Parisdə Böyük Yeddilik formatında növbədənkənar görüş keçirməyi təklif edib.
Eyni zamanda Ukrayna, Danimarka, Suriya və Rusiya nümayəndələrinin də bu görüşə dəvət oluna biləcəyini bildirib.
Tam oxu
Xəbəri oxu