Makron efirdə təhqir olundu Üzr tələb edir

13.11.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yelisey sarayı Fransa Prezidenti Emmanuel Makronun efirdə təhqir olunması ilə bağlı “France Televisions” televiziya şirkətinin rəhbərliyindən üzr gözləyir.

Axar.az xəbər verir ki, bu barədə “Le Point” məlumat yayıb.

“Buna səbəb iki hadisə olub. Oktyabrın 6-da şirkətə məxsus “France 2” telekanalının efirində Fransa prezidentini təhqir edən yazının əks olunduğu plakat nümayiş etdirilib. Noyabrın 7-də isə şirkətin digər kanalı “France İnfo”nun canlı yayımında səkkiz yaşlı uşaq Emmanuel Makronu bir neçə dəfə söyüb. “France İnfo” rəhbərliyi uşağa canlı yayımda söz verməklə səhvə yol verdiyini etiraf edib.

“France Televisions” rəhbərliyi prezidentin arvadı Bricit Makrona uşaqla bağlı insidentə görə təəssüfləndiyini bildirib. Lakin Yelisey sarayı bu reaksiyanı yetərli hesab etməyib və telekanalın informasiya xidmətinin direktoru Filip Korbenin rəsmi üzr istəmədiyini vurğulayıb”, - məlumatda deyilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью