Makron: Əlimizdə olan hər şeyi Ukraynaya verdik

14.05.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Fransa öz ehtiyatlarından Ukraynaya texnika və avadanlıqları göndərmək üçün bütün imkanlarından istifadə edib və öz təhlükəsizliyinə xələl gətirmədən tədarükləri artıra bilməz".

Oxu.Az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron TF1 telekanalının efirində deyib.

"Biz Ukraynaya əlimizdə olan hər şeyi verdik. Fransa Kiyevə çoxlu miqdarda mərmi və müxtəlif texnika, o cümlədən artilleriya sistemləri verib. Bu il istehsal etdiyimiz hər şey Ukraynaya göndərilir. Əlimizdən gələni etdik", - deyə E.Makron vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью