Makron: Əminəm ki, Rusiya aktivləri ilə bağlı razılığa gələcəyik

18.12.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Avropa İttifaqı (Aİ) Rusiyanın Aİ-dəki dondurulmuş aktivlərinin gələcəyi ilə bağlı razılığa gəlməli və Ukraynanın daha aydın gələcəyini təmin etmək üçün texniki həll tapmalıdır". 

Bakıvaxtı.az xbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Brüsseldə keçirilən Aİ sammitinə gələrkən jurnalistlərə bildirib.

O qeyd edib ki, əvvəllər Rusiyanın aktivlərinin birdəfəlik dondurulması qərarı avropalılara özləri üçün daha aydın perspektivlər təmin etməyə imkan verib. 

Makron əlavə edib ki, indi Ukrayna üçün də eyni aydın perspektivlər təmin edilməlidir ki, aktivlərin istifadəsi ilə hərbi səylərini maliyyələşdirsin.

Aynur Babazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью