Makron ən geci 2027 ci ildə yox olacaq və onun üçün darıxmayacağıq Medvedev

06.03.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makronun ölkəsini Avropa üçün təhlükə kimi təsvir etməsinə münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, Rusiyanı Avropa və Fransa üçün təhlükə yaratmaqda ittiham edən Makrona Medvedev sosial media hesabından cavab verib.

Makronun adını "Mikron" kimi yazan Medvedev: "Mikron özü heç bir təhlükə yaratmır. O, ən geci 14 may 2027-ci ildə əbədi olaraq yox olacaq və onun üçün heç vaxt darıxmayacağıq", - deyə "X" sosial şəbəkə hesabında ingilis dilində yazaraq qeyd edib.

Makron dünən xalqa müraciətində Rusiyanın 2030-cu ilə qədər 3000 tank və 300 döyüş təyyarəsi daxil etmək üçün 40 milyard avrodan çox xərcləyərək ordusunu daha da genişləndirməyi planlaşdırdığını və bunun Avropanın təhlükəsizliyinə təhdid yaratmağa davam etdiyini bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью