Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Ceffri Epşteyn işində həqiqət üzə çıxmalı və Amerika ədaləti öz işini görməlidir.
Turkustan.az xəbər verir ki, o, bunu bazar ertəsi günü "Wine Paris" sərgisini ziyarət edərkən jurnalistlərə bildirib.
Makron bildirib ki , "Həqiqət üzə çıxmalı və ədalət öz işini görməlidir. Görürəm ki, bu ( Epşteyn işi – red.) həm də sui-qəsd nəzəriyyələrini gücləndirir, ona görə də burada aşkarlanan məlumatlara əsaslanaraq əsl jurnalist işi lazımdır".
Makron aydınlıq gətirib: "Onun (Epşteynin - red.) çox geniş bir sistemə sahib olduğu göz qabağındadır və bu sistem indi ədliyyə sisteminin müstəqil və sakit fəaliyyətini tələb edir", - deyə Makron bildirib.
O, həmçinin qurbanlar haqqında məlumatların ictimaiyyətə açıqlanmasından təəssüfləndiyini bildirib.
"Mənim fikirlərim, ilk növbədə, qurbanlarladır. Gördüm ki, onlar haqqında çoxlu məlumat açıqlandığı üçün danışacaqlar", - deyə o əlavə edib.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan sənədlərdə adlar və cinsi əlaqəni əks etdirən fotoşəkillər var və bu işdə qurbanların şəxsiyyətini müəyyən etməyə imkan verir.
Aytən Yaşar/ Turkustan.az