Makron Ərdoğana təşəkkür etdi

21.08.2025

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı ona Ukraynaya dəstək olmaq üçün qurulan koalisiya ilə əməkdaşlığa görə təşəkkür edib.

Metbuat.az xəbər verir ki, Makron Prezident Ərdoğanla telefonla danışığı zamanı Rusiya-Ukrayna müharibəsindən tutmuş Yaxın Şərqdəki vəziyyətə qədər müxtəlif mövzuları müzakirə etdiklərini bildirib. Makron, Türkiyənin koalisiyada hərbi əməliyyatların dayandırılması və Ukrayna üçün güclü təhlükəsizlik zəmanətlərinin verilməsində uğurlu əməkdaşlıq nümayiş etdirdiyini bildirib.

Telefon danışığı zamanı liderlər İsrailin Qəzzaya hücumlarını və işğal altındakı İordan çayının qərb sahilində ələ keçirilən torpaqlarda yaşayış məskənlərini genişləndirmək planını tənqid ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью