Makron Fransa Prezidenti postunu tərk etməkdən imtina etdi

13.10.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, o, hazırkı vəzifəsini tərk etmək niyyətində deyil və ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ''Reuters'' məlumat yayıb.

“Heç vaxt unutmayın ki, fransız xalqının bizə verdiyi mandat xidmət etmək sadə fransızların suallarını cavablandırmaq və Fransanın müstəqilliyi üçün mümkün olan hər şeyi etməkdir”, - Makron bildirib.

O, dövlət başçısı kimi “sabitliyi təmin etməyə” davam edəcəyinə əmin edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью