Makron: Fransa Ukraynada ön cəbhədə olmağı heç vaxt planlaşdırmayıb

25.11.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Fransa Ukrayna müharibəsində heç vaxt ön cəbhədə olmağı planlaşdırmayıb.

APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “RTL”ə müsahibəsində deyib.

“Əsas təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusudur. Sülh razılaşması imzalandıqdan sonra Ukraynaya zəmanətçi qüvvələr göndəriləcək. Amma biz heç vaxt ön cəbhədə olmağı planlaşdırmamışıq. Biz cavanlarımızın Ukraynaya göndəriləcəyi barədə formalaşan yanlış fikirləri aradan qaldırmalıyıq”, - Makron bildirib.

Fransa lideri ABŞ tərəfindən hazırlanan sülh planına Kiyev tərəfindən düzəlişlər edilməsini də məntiqli hesab edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью