Makron Fransada könüllü hərbi xidmətin sentyabrda başlayacağını təsdiqləyib

18.08.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransada könüllü hərbi xidmət proqramının ilk iştirakçıları sentyabr ayında xidmətə başlayacaqlar.

Fransa mediasının məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron Borm-le-Mimozada keçirilən mərasimdə bildirib.

Makron bildirib ki, gənclərin dövlət maraqlarına xidmət etməsi üçün yeni milli xidmət proqramı yaradılacaq. Proqram üzrə müraciətlərin qəbulu 2026-cı ilin yanvarında başlayıb. İlk il 18-25 yaş arası 3 min gəncin xidmətə cəlb edilməsi planlaşdırılır. Xidmət müddətinin 10 ay olacağı bildirilir.

Hazırda proqrama 2,2 min müraciətin daxil olduğu qeyd edilir. Könüllülərin sayının 2027-ci ildə 4 minə, 2030-cu ildə isə 10 minə çatdırılması planlaşdırılır.

Fransa, hərbi xidmət, Emmanuel Makron

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью