Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Fransa Prezidenti Emmanuel Makron ölkədə baş verən şiddətli meşə yanğınları ilə bağlı mülki təhlükəsizliyi gücləndirmək üçün silahlı qüvvələrə səfərbərlik göstərişi verib.
“Cebheionfo.az” xəbər verir ki, bu barədə “BFM” TV məlumat yayıb.
Makron həmçinin, Fransanın Baş naziri Sebastyan Lekornuya idarələrarası böhran qərargahını aktivləşdirməyi tapşırıb.
Bundan başqa, Prezident iyulun 24-də gecə Avropa Komissiyasından Fransa üçün Avropa İttifaqının mülki müdafiə mexanizmini aktivləşdirməyi xahiş edib.
“RescEU” donanmasından üç təyyarə və iki helikopter Fransanın cənub-qərbinə, əsasən Jironda Departamentinə uçub. Aİ-nin “Kopernik” peyk xidməti də yanğınların yerini tez bir zamanda xəritələşdirmək üçün işə qoşulub.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin