Makron Fransanın Baş nazirinin istefasını qəbul edib

05.12.2024

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Mişel Barnyenin ölkə hökumətinin istefası tələbini qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

"Bu gün baş nazir hökumətin istefası ilə bağlı prezidentə müraciət edib və o, bunu qəbul edib", - məlumatda bildirilir.

Qeyd olunur ki, Barnyenin özü və Nazirlər Kabinetinin digər üzvləri yeni hökumət təyin olunana qədər cari işləri aparmağa davam edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью