Makron Hakan Fidanı Yelisey Sarayında qarşıladı

13.07.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın paytaxtı Parisdə keçirilən Ukrayna üzrə Könüllülər Koalisiyası Liderləri Zirvə Toplantısında iştirak edib.

Turkustan.az xəbər verir ki, Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edərək sammitə qatılıb.

Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makron tərəfindən qarşılanan Fidan zirvə toplantısından əvvəl təşkil olunan ənənəvi ailə fotosunun çəkilişində də iştirak edib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью