Makron hansı liderlərin məhvinə göstəriş verib? FSB açıqladı

02.02.2026

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makron xüsusi xidmət orqanlarına Afrikadakı bəzi “arzuolunmaz liderləri” məhv etməyi tapşırıb. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Rusiya Xarici Kəşfiyyat Xidməti (FSB) çıxış edib.

Məlumata görə, Makron Venesuela Prezidenti Nikolas Maduronun həbsindən ilhamlanaraq bunu etmək qərarına gəlib:

“O, bir növ özünü Afrika xalqlarının taleyinə cavabdeh şəxs kimi görür. Nəticə olaraq xüsusi xidmət orqanlarına bəzi Afrika liderlərinə qarşı bir əməliyyat başlatmaq səlahiyyəti verib. Hədəfdə daha çox Parisə tabe olmağı rədd edən, Fransanın tələblərinə qarşı çıxan və milli maraqlarını müdafiə edən ölkə rəhbərləridir”.

Əliyar Xəlil
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью