Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Fransa prezidenti Emmanuel Makron “Arsenal”ın sabiq çalışdırıcısı Arsen Vengerin FIFA prezidenti olmasını istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Ölkə başçısı həmyerlisi ilə artıq görüşüb və ona posta namizəd olmağı təklif edib. Makron Vengerə tam dəstəyini göstərəcəyini bildirib.
FIFA prezidentliyinə namizədlərin təqdim olunması üçün son gün 18 noyabrdır. Venger hələ qərarını verməyib.
Bir müddətdir ki, bir çox ölkənin futbol federasiyaları hazırkı rəhbər Canni İnfantinonun postundan ayrılması üçün təzyiqlər edir. Qurumlar funksionerin işindən narazıdır.
FIFA-da prezident seçkiləri 2027-ci il, martın 17-də keçiriləcək. İnfantino ilə yanaşı, yaponiyalı Kozo Taşima və keçmiş futbolçu Ramon Veqa namizədliyini irəli sürüb.