Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu sözləri RMC telekanalının efirində CGT həmkarlar ittifaqının baş katibi Sofi Bine deyib. Bir aydan çox davam edən etirazlardan sonra Fransa Prezidenti Emmanuel Makron “X” platformasında Yelisey sarayına gəlişindən bəri bəzən səhvlər buraxdığını etiraf edib. “Bu, onun etirafla çıxış etdiyi ilk hal deyil. Makron hər il üzr istəyir və heç vaxt hadisələrdən nəticə çıxarmır”, - deyə Bine vurğulayıb. Həmkarlar ittifaqının rəhbəri daha sonra deyib: “Emmanuel Makronun hakimiyyətinin 10 ili onun siyasəti səbəbindən fəlakətli olub. Bu iqtisadi siyasət dövlət xəzinəsini boşaldıb. O, ən varlıların maraqlarına xidmət edən iqtisadi siyasətini dəyişdirməkdən inadla imtina edir”.
XQ