Makron ilə Pezeşkian DANIŞDI

06.05.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşqian ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki,  Makron bu barədə "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Fransa lideri regionda davam edən eskalasiyadan ciddi narahatlığını ifadə edərək, Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) mülki infrastrukturuna və bir neçə ticarət gəmisinə endirilən əsassız zərbələri pisləyib. O vurğulayıb ki, Hürmüz boğazındakı blokada heç bir şərt qoyulmadan dərhal aradan qaldırılmalıdır.

"Münaqişədən əvvəl mövcud olan tam gəmiçilik azadlığı rejiminə uzunmüddətli əsasda qayıtmaq lazımdır", -  deyə Makron bildirib.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью