Makron istefa ərizəsini qəbul etmədi: Qarşıdurma artır

19.10.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

 Fransanın bir neçə böyük şəhərində baş verən çoxsaylı zorakılıq aktlarından sonra daxili işlər naziri Loran Nunyes öz vəzifəsindən imtina etsə də, Prezident Emmanuel Makron onun istefa ərizəsini qəbul etməyib.

Yelisey Sarayından verilmiş rəsmi məlumatda Makronun ona iğtişaşçılara qarşı mümkün qədər tez yeni fəaliyyət üsulları tətbiq etməyi tapşırdığı qeyd edilir.

"Cebheinfo.az" xəbər verir ki, Fransa Prezident Administrasiyası istefanı qəbul etməkdən imtina qərarını mövcud şəraitdə hüquq-mühafizə qüvvələrinin davamlı komandanlığının təmin edilməsi zərurəti ilə izah edib.

Makron, həmçinin bir çox pərakəndə satış məntəqələrinin iğtişaşlara, dağıdılmasına və talan edilməsinə səbəb olan ilkin qiymətləndirmə və kəşfiyyat işlərindəki çatışmazlıqlara diqqət çəkib.

Müşfiq Abdulla
 “Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью