Makron istefa verəcək? Xalqa müraciət etdi

06.12.2024

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa Prezidenti Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddətinin sonuna qədər vəzifəsini davam etdirmək niyyətini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

“Mən beş illik müddətə seçilmişəm və mandatımın sonuna qədər vəzifədə qalmağı planlaşdırıram”, - Makron xalqa müraciətində deyib.

Xatırladaq ki, ötən gün Fransa Prezidenti ölkənin baş naziri Mişel Barnyenin hökuməti istefaya göndərmək xahişini qəbul edib. Makron bildirib ki, kabinetin yeni rəhbərinin təyinatı yaxın günlərdə baş tutacaq.

Hüseyn İbadlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью