Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Fransa Pezidenti Emmanuel Makron istefa verməyəcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Le Canard Enchaine” qəzeti məlumat yayıb.
“Makronun bunun əvəzinə, parlament seçkiləri keçirmək üçün yenidən Milli Assambleyanı buraxmaq ehtimalı daha yüksəkdir. Artıq növbədənkənar parlament seçkilərinin vaxtı da müəyyənləşib”, – deyə qeyd olunub.
Xatırladaq ki, Fransa Baş naziri Sebastian Lekornu oktyabrın 6-da istefa verdikdən sonra bir sıra müxalifət qüvvələri Makronu da bu addımı atmağa çağırıb.
Əliyar Xəlil
Globalinfo.az