Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə bazar günü "Le Figaro" məlumat verib.
O, Yohannesburqda keçirilən İyirmilik Qrupunun (G20) sammiti zamanı: "Bu layihə bir neçə aydır ki, qlobal təhlükəsizlik kontekstində araşdırılır, qeyri-müəyyənlik və artan gərginliklərlə izlənilir", - deyib.
Qəzetin məlumatına görə, qərar bir neçə aydır ki, hazırlanır. Könüllü xidmətin tətbiqinin 27 noyabrda elan ediləcəyi ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.
"AFP"nin sorğusuna cavab olaraq, Fransa Silahlı Qüvvələr Nazirliyi mümkün proqramın müddəti və dəyəri, eləcə də iştirakçıların sayı ilə bağlı detallar barədə şərh verməkdən imtina edib.
Qəzetin mənbələrinə görə, ildə 10.000 ilə 50.000 arasında insanın cəlb edilməsi nəzərdən keçirilir. Fransız mediasının məlumatına görə, bu cür xidmət 10 aya qədər davam edə bilər və ödəniş bir neçə yüz avro təşkil edə bilər.
Qadir, Bizimyol.info