Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Fransa Prezidenti Emmanuel Makron ilk dəfə olaraq ifrat sağçı lider Marin Le Penə qarşı səs-küylü məhkəmə hökmünü şərh edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Sofi Primas açıqlama verib.
Onun sözlərinə görə, Makron üç əsas məqamı qeyd edib - məhkəmə sisteminin müstəqil olduğunu, işə baxan hakimlərə qarşı təhdidlərin qəbuledilməz olduğunu və hər kəsin ədalətli məhkəmə araşdırması hüququnun olduğunu: “Qanun hamı üçün eynidir”.
Makron həmçinin qeyd edib ki, məhkum olunmuş hər bir şəxs apellyasiya hüququnu özündə saxlayır.
“AzPolitika.info”