Makron Netanyahu ilə bağlı qərardan bu şərtlə imtina edib | Icma.az
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa prezidenti Emmanuel Makron Livanda atəşkəs razılaşmasında rol almaq müqabilində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Binyamin Netanyahuya qarşı çıxardığı ekstradisiya qərarını yerinə yetirməməyə razılaşıb.Modern.az xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı Fransa liderinə yaxın mənbəyə istinadən yazıb.
Nəşrin məlumatına görə, atəşkəs razalaçmasından dərhal sonra Fransa prezidenti Netanyahuya zəng edib.
Həmsöhbətlər Livanda atəşkəslə bağlı vəziyyəti müzakirə ediblər.
Onlar razılaşıblar ki, Paris "İsrail-Livan sərhədindəki vəziyyəti tənzimləyən BMT Təhlükəsizlik Şurasının 1701 saylı monitorinq komitəsində mühüm rol oynayacaq".
Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi BCM-nin göstərişinə baxmayaraq Netanyahunun Fransada həbs olunmayacağını açıqlamışdı.
Bəyanatda deyilir ki, Fransa qanunlarına görə, Netanyahu və digər nazirlər BCM-nin həbs və ekstradisiyasını tələb etdiyi təqdirdə nəzərə alınacaq toxunulmazlığa malikdir.
Xatırladaq ki, dünən, noyabrın 27-də səhər saatlarında İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından sonra ilk atəşkəs haqqında saziş qüvvəyə minib.
Tam oxu
Xəbəri oxu