Makron Netanyahu ilə danışdı HƏMAS tərksilah olunmalıdır

15.04.2025

Icma.az, Sfera.az saytına istinadən bildirir.

İsrailin Qəzza zolağına hücumları davam etdiyi bir vaxtda Fransa Prezidenti Emmanuel Makrondan diqqətçəkən açıqlama gəlib. 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Makron “X” sosial şəbəkəsində paylaşım edərək İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apardığını bildirib.

Fransa lideri açıqlamasında İsrailin və israillilərin təhlükəsizliyini dəstəklədiklərini ifadə edərək, “HƏMAS-ın tərksilah olunması və bütün girovların azad edilməsi əsas prioritetlərdəndir”, – deyib.

Makron bildirib ki, girovların azad edilməsi üçün atəşkəsin yeganə yol olduğunu Netanyahuya çatdırıb. Eyni zamanda, Qəzzaya humanitar yardımın çatdırılması üçün bütün keçid məntəqələrinin açılmasının həyati əhəmiyyət daşıdığını vurğulayıb. 

Makron Netanyahuya “Qəzzadakı dinc əhalinin yaşadığı çilə sona çatmalıdır” mesajını verdiyini də açıqlamasında qeyd edib.

Fidan Hacızadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью