Makron niyə Putinlə əlaqə qurmağa çalışır? Fransanın məqsədi üzə çıxdı

04.02.2026

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Paris Ukrayna sülh prosesində tamhüquqlu iştirakçı olmaq istəyir.

Publika.az xəbər verir ki, bunu Avropa ölkələri üzrə tədqiqatçı, politoloq Sergey Fedorov Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq istəyini şərh edərkən deyib.

"Onlar rusların və amerikalıların müharibənin birbaşa həlli üçün danışıqlar aparacağından narahatdırlar", - deyə siyasətçi bildirib.

O qeyd edib ki, problem Fransanın hazırda Ukrayna müharibəsinin həllində praqmatik yanaşma göstərməməsi ilə bağlıdır: "Soyuq müharibənin başlanğıcından bəri Paris Rusiyaya qarşı yalnız müxtəlif ittihamlar irəli sürüb. Bu mövqenin dəyişməsi ehtimalı azdır".

Siyasətçi əlavə edib ki, hazırda Ukrayna müharibəsinə "Könüllülər Koalisiyası" vasitəsilə son qoymaq üçün gələcək müzakirələr üçün hazırlıqlar aparılır.

Xatırladaq ki, fevralın 3-də Makron Putinlə təmasları üçün texniki səviyyədə hazırlıqların aparıldığını bildirib. Fransa liderinin sözlərinə görə, bu məsələ ilə bağlı avropalı tərəfdaşlar və Ukrayna prezidenti Vladimir Zelenski ilə paralel məsləhətləşmələr aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью