Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində Fransa Prezidenti Emmanuel Makron kuryoz vəziyyətlə qarşılaşıb.
"Daily Mail" nəşrinin məlumatına görə, Fransa Prezidenti İslandiyanın Baş naziri Kristun Frostadottiri qucaqlamağa çalışsa da, görüntülərdən göründüyü kimi, sonuncu buna imkan verməyib.
Yayımlanan fotolarda Makronun gülümsəyərək həmsöhbətinə doğru əyildiyi, lakin İslandiyanın Baş nazirinin ondan kənara çəkildiyi və əlini onun çiynində saxladığı görünür. Bu zaman İslandiya hökumətinin başçısı həmin anı lentə alan fotoqrafa tərəf baxır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)