Makron: Paris və Berlin Trampın hakimiyyətə gəlişi səbəbindən Aİ nin suverenliyini gücləndirməlidir

22.01.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Fransa və Almaniya ABŞ Prezidenti Donald Trampın vəzifəyə başlaması fonunda Avropanın suverenliyinin gücləndirilməsi üçün hər şeyi etməlidir.

“Report” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə Almaniya kansleri Olaf Şolts ilə danışıqların başlanmasından əvvəl bildirib.

"Avropalılar Trampın gəlişi fonunda öz rollarını oynamalıdırlar. Avropa güclü və suveren olmalıdır. Hərəkət etmək lazımdır. Daha çox cəsarət və müstəqillik daxil olduğumuz dövrə yeganə cavabdır", - Makron əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью