Makron: Parlamentin buraxılması qeyrisabitliyə səbəb oldu AZƏRTAC

01.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 1 yanvar, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində bir çox məsələyə aydınlıq gətirib.

AZƏRTAC xəbər verir ki, Makron parlamentin buraxılması qərarının doğru olmadığını etiraf edib. “İyunda parlamentin buraxılması fransızlar üçün həll yolu tapılması əvəzinə bölünmə yaratdı. Bu, sabitlik deyil, qeyri-stabillik gətirdi. Bu məsələdə mənim də payım var” – deyə, Makron qeyd edib.

Beynəlxalq məsələlərə də toxunan Fransa Prezidenti Avropanı “sadəlövhlükdən əl çəkməyə” və çox sürətlə dəyişən dünyaya uyğunlaşmağa çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью