News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putin "tarixi düzgün təfsir etmir".News24.az xəbər verir ki, bunu Fransanın prezidenti Emmanuel Makron bildirib.
O, Rusiya prezidentinin Napaleon Bonapartın Rusiyaya hücumuna dair açıqlamalarını şərh edərkən belə deyib.Brüsseldə Avropa İttifaqı liderlərinin fövqəladə sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında Fransanın dövlət başçısı Avropanın keçirdiyi "çətin dövrə" diqqət çəkib.Makron vurğulayıb ki, Avropada sülh istəyirlər, amma Ukrayna üçün hər hansı bir təminat olmadan tələsik atəşkəs haqqında razılaşma istəmirlər.
"Ukraynada bu ölkənin suverenliyi və təhlükəsizliyindən başqa, bizim də təhlükəsizliyimiz həll olunur," - deyə Makron bildirib və Rusiyanın uzunmüddətli perspektivdə Avropa və Fransa üçün "ekzistensial təhdid" yaratdığını qeyd edib.Fransa prezidenti rusların 2022-ci ildə İstanbulda və daha sonra keçirilən danışıqlarda öz niyyətlərini bildirdiklərini bildirib.
Moskva Ukraynanın hərbi potensialını sıfırlamağı və onun ordusunu ləğv etməyi istəyir, deyə Makron qeyd edib.
"Ruslar bildirirlər ki, Ukraynanı neytral bir ölkə görmək istəyirlər.
Bu, ordunun azaldılması deməkdir", - deyə Makron bildirib.Fransa liderinə Putin tərəfindən söylənilən "Napaleonun hücumunun baş verdiyi dövrlərə qayıtmaq istəyənlər unudurlar ki, bu tarixi hadisə necə nəticələndi" fikirlərinin nə barədə olduğu sualı verilib.
Makron buna cavab olaraq, "Mən hesab edirəm ki, o, tarixi düzgün təfsir etmir və bu məni təəccübləndirir.