Makron Putini Ukraynada atəşkəsə razılaşmağa çağırdı

19.05.2025

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron  Rusiya prezidentindən Ukraynada qeyd-şərtsiz atəşkəslə razılaşmağı tələb edib.

Redaktor.az xəbər verir ki, o, Qərb liderləri ilə telefon danışığından sonra X sosial şəbəkəsində rusiyalı həmkarı Vladimir Putinə müraciət edib. 

Makronun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla apardığı danışıqlarda, Putin “prezident Trampın təklif etdiyi, Ukrayna və Avropanın dəstəklədiyi 30 günlük qeyd-şərtsiz atəşkəs rejimini qəbul etməklə sülh istədiyini” göstərməlidir.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью