Makron Putinlə görüşmək istəyir, amma...

14.01.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Paris hələ Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında əlaqələri müzakirə etməyə başlamayıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın diplomatik mənbəyi “TASS” agentliyinə deyib.

“Hazırda bu səviyyədə konkret müzakirələr planlaşdırılmır, baxmayaraq ki, heç nə istisna edilməyib. Paris Moskva ilə ikitərəfli və ya çoxtərəfli diplomatik kanallar vasitəsilə dialoqa hazırdır”, – deyə agentliyin mənbəyi bildirib.

Qeyd edək ki, Emmanuel Makron daha əvvəl “France 2” telekanalına verdiyi müsahibədə Putinlə mümkün qədər tez bir zamanda söhbət etmək niyyətində olduğunu demişdi.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью