Makron Qrenlandiya ilə bağlı vəziyyəti Avropa üçün narahatedici strateji siqnal adlandırıb

28.01.2026

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron, Qrenlandiya ətrafındakı vəziyyəti Avropa üçün narahatedici strateji siqnal hesab edir. O, Qrenlandiya məsələsində Avropanın suverenliyinin möhkəmləndirilməsi, Arktikanın təhlükəsizliyinə töhfə, xarici müdaxilə və dezinformasiyaya qarşı mübarizə, iqlim dəyişikliyi ilə mübarizə, habelə dayanıqlı inkişaf və strateji asılılığın azaldılması kimi məsələlərə diqqət çəkib.

Bizimyol.info xəbər verir ki, Makronun bu açıqlamaları, Danimarka Baş naziri Mette Frederiksen və Qrenlandiya hökumətinin rəhbəri Yens-Fredrik Nilsen ilə keçirilən görüşdə səsləndirilib. Görüş Fransa Prezident Sarayında baş tutub və çıxış "X" sosial şəbəkə platformasında yayımlanıb.

Fransa lideri, Avropa İttifaqının 2026-cı ilə qədər Arktika strategiyasını yenidən nəzərdən keçirməli olduğunu qeyd edib. O, həmçinin Arktikada NATO-nun iştirakının gücləndirilməsini və daha diqqətli monitorinq rejimi yaradılmasını dəstəklədiklərini bildirib.

Makron əlavə edib ki, Fransa 2023-cü ildə Avropa İttifaqı və Qrenlandiya arasında imzalanan strateji tərəfdaşlığın reallaşdırılmasını sürətləndirmək təklif edir. Bu tərəfdaşlığın, strateji xammal sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.

Danimarka Baş naziri Mette Frederiksen, dünya nizamının təzyiq altında olduğunu və sürətlə dəyişdiyini qeyd edib. O, Avropanın gücləndirilməsinin vacibliyini vurğulayaraq, öz dəyərlərini və prinsiplərini müdafiə etmək üçün birliyin zəruri olduğunu bildirib.

Qrenlandiya hökumətinin rəhbəri Yens-Fredrik Nilsen isə Fransaya Qrenlandiyanın suverenliyini dəstəklədiyi üçün təşəkkür edib və bölgənin Parislə əməkdaşlığı inkişaf etdirmək istədiyini qeyd edib.

Qeyd edeək ki, ABŞ Prezidenti Donald Tramp 21 yanvar tarixində NATO-nun baş katibi Mark Rütte ilə danışıqlardan sonra Qrenlandiya ilə bağlı razılaşma layihəsinin konturlarının ortaya çıxdığını bildirib. Layihə, Qrenlandiya üzərində Danimarkanın suverenliyinin qorunub saxlanmasını və 1951-ci il müdafiə müqaviləsinin yenilənməsini nəzərdə tutur.

Fransa Xarici İşlər Nazirliyi rəhbəri Jan-Noel Barro, 6 fevralda Nuuqda Fransanın baş konsulluğunun açılmasını ABŞ-a qarşı "siyasi siqnal" olaraq qiymətləndirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью