Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Rusiya bütün Avropa üçün təhdidə çevrilib".Bu barədə Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində söyləyib.Makron müraciətini “beynəlxalq vəziyyətlə” əlaqələndirib və fransızların buna “ədalətli şəkildə narahat olduqlarını” qeyd edib.
O, ABŞ-nin “Ukraynadakı müharibə mövzusunda mövqeyini dəyişdiyini” və Avropa İttifaqı (Aİ) mallarına gömrük rüsumu tətbiq etməyi planlaşdırdığına diqqət çəkib.“Biz yeni bir eraya qədəm qoyuruq”, – Makron bildirib.
O, Rusiyanın Ukraynadakı müharibəni “qlobal münaqişəyə” çevirdiyini və buna Şimali Koreya əsgərləri və İran hərbi texnikası istifadə edərək nail olduğunu qeyd edib.
Həmçinin Rusiyanın hərbi potensialını artırdığını deyib. Makronun fikrincə, Avropa ABŞ-nin “bizim tərəfimizdə olmayacağına” hazır olmalıdır.
Rusiya artıq Fransaya və Avropaya təhdidə çevrilib. Mənim sizə izah etdiyim vəziyyət elədir və biz bununla məşğul olmalıyıq.
Sülhə gedən yol Ukraynasız mümkün deyil. Sülh Ukraynanın təslim olması yolu ilə əldə edilə bilməz.
Biz unutmamalıyıq ki, Rusiya 2014-cü ildə Ukraynaya hücum edib.