Makron Rusiya ilə bağlı istəyini açıqladı

14.02.2026

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə birbaşa əlaqə yaratmaq qərarına gəldiyini açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, o, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Makron Ukraynada sülhün avropalıların iştirakı olmadan əldə edilməsinin mümkün olmadığını söyləyib:

“Buna görə də, Ukrayna, Avropadakı tərəfdaşlarımız və müttəfiqimiz ABŞ üçün Rusiya ilə birbaşa əlaqə yaratmaq qərarına gəldim”.

Qeyd edək ki, Fransa prezidentinin bir müddətdir Rusiya lideri Vladimir Putinlə telefon danışığına hazırladığı bildirilir.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью