Makron Rusiyanı irimiqyaslı sanksiyalarla hədələmək niyyətindədir

26.05.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Aİ ölkələri irimiqyaslı sanksiyalar tətbiq etməklə hədələməklə Rusiyaya təsir etmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, Fransa liderinin sözlərinə görə, o, “ABŞ-ın sülh təşəbbüsünü alqışlayır, lakin bu gün Rusiyanı sülhə məcbur etmək üçün vasitələrə sahib olmaq lazımdır”. “Yeganə yol genişmiqyaslı sanksiyalar təhlükəsidir”, - deyə Makron Vyetnama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. Onun çıxışı Yelisey sarayının "X" sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

Prezident əlavə edib ki, “Fransa və onun tərəfdaşları üçün prioritet yaxın gələcəkdə ədalətli və davamlı sülhə dair müzakirələrə başlamağa imkan verəcək atəşkəs razılaşmasına nail olmaqdır”.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Aİ-nin son sanksiyaları ilə bağlı təhdidləri şərh edərkən vurğulamışdı ki, Moskva ilə dialoq üçün ultimatum dilindən istifadə etmək olmaz.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью