Makron Rusiyaya qarşı gərgin siyasət aparmaqla, ABŞ ın uzaqlaşdığı Avropaya kral olmağa çalışır

10.03.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir neçə gün öncə Fransa Prezidenti Emanuel Makron Rusiyanın Fransa və bütün Avropa üçün təhlükə yaratdığını bildirərək, Avropa İttifaqını müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə imkanlarını müzakirə etməyə çağırıb. Rusiya lideri Vladimir Putin fransalı həmkarına cavab verib. Rusiya dövlət başçısı hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlərin olduğunu söyləyib: "Hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlər var, bunun necə bitdiyini unudublar". Putin makronkimilərin istəyinin reallaşmayacağını nəzərə çatdırıb.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Makronun bu açıqlaması “bulanıq suda balıq tutmaq” bir anlamı ifadə edir.

Samir Hümbətov

“Düzdür, ilk baxışdan təəssürat olaraq deyə bilərik ki, Fransa Ukraynaya yardım etmək istəyir və s. Bu, belə bir anlam verə bilər. Amma bu məsələnin bir başqa nöqtey-i nəzərdən yanaşmaq lazımdır. Bu vəziyyəti “Fransanın əlinə bir fürsət düşüb”, kimi də şərh etmək olar. Çünki Amerika Birləşmiş Ştatlarının təsirini azaltdığı bir halda, Avropada Fransa “bulanıq suda balıq tutmaq” siyasətinə keçmiş ola bilər. Yəni bunu istəyə bilər. Çünki əgər bu gün Amerika Avropaya yaxın düşmürsə, Fransa bunu fürsət bilib yenidən özünü möhkəmləndirməyə çalışa bilər. Fransa Cənubi Qafqazda Azərbaycanla olan gərgin münasibəti indi də Rusiya ilə davam etdirir”-deyən politoloq qeyd edib ki, bu vəziyyət bununla bitməyəcək və Fransa bir neçə nöqtədə yenidən bu məsələni qaldırmağa çalışacaq, çünki dünya yenidən nüfuz dairələrinə bölünür.

Samir Hümbətov hesab edir ki, Fransanın, xüsusən də Makronun əsas maraqlarından biri məhz bu bölüşdürmədə özünə “pay” almaqdır.

“Fransanın keçmiş müstəmləkə siyasətini yenidən bərpa etmək və müəyyən mənada Fransanın maraqları naminə istənilən addıma getməkdir. Fikrimcə, belə bir vəziyyət Fransanın özü üçün də yaxşı hal deyil. Birincisi, potensial olaraq Fransa Avropanı əlində saxlaya biləcək gücə sahib deyil. Orda Almaniya, Böyük Britaniya və s. var. İkincisi, bir tərəfdən Rusiya ilə toqquşmağa Fransanın resurslarının nə dərəcədə imkan verdiyi sual altındadır. Bu bir az çətin məsələdir. Üçüncüsü, bir tərəfdən özündən narazı bir koalisiyanı formalaşdırmaqla da Fransa ümumiyyətlə, yeni yaranan çoxqütblü dünya siyasətində ciddi problemlərlə üzləşə biləcəyini də nəzərdə saxlamalıdır. Yəni bunların hamısı Fransanın aktivinə mənfi xal kimi yazıla bilər”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью