Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az “Frans-Press” agentliyinə (AFP) istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Tuluzadakı Kosmik və Aviasiya Mərkəzində çıxışı zamanı belə deyib.
“Müasir münaqişlərə artıq kosmosda gedir və sabahın müharibəsi də elə buradan başlayacaq. Kosmos artıq sığınacaq deyil, döyüş meydanına çevrilib”, - “AFP” Fransa liderindən sitat gətirir.
Politico: “Fransa Almaniyanın önə keçməsindən qorxur” Onun sözlərinə görə, Rusiya Ukraynaya müdaxilədən sonra kosmosda “casusluq” fəaliyyəti aparır, fransız peyklərini izləyir və kosmosda nüvə silahı yerləşdirməyi nəzərdən keçirir. Bunun “nəticələri bütün dünya üçün fəlakətli olacaq”.
- Fransa peyklə erkən xəbərdarlıq proqramlarını sürətləndirir. “Aurore” radar sistemi ilə kosmik müşahidəni gücləndirir və xüsusilə Almaniya ilə beynəlxalq əməkdaşlığı genişləndirir”, - Emmanuel Makron diqqətə çatdırıb.
Avropa İttifaqı (Aİ) ölkələrini öz texnologiyalarını inkişaf etdirməyə çağıran Frnasa prezidenti vurğulayıb ki, “böyük üçüncü gücdən və ya hər hansı bir kosmik maqnatdan asılılıqdan söhbət gedə bilməz”.
AFP qeyd edir ki, Makron bu bəyanatla amerikalı sahibkarları - “SpaceX” şirkətinin baş direktoru İlon Maskı və “Blue Origin” şirkətinin təsisçisi Ceff Bezosu nəzərdə tutur.
Yeri gəlmişkən, bundan əvvəl mənbələrə istinad edən “Politico” nəşri Fransa siyasətçilərinin Almaniya ordusunun yenidən silahlanma prosesindən narahat olduqlarını yazmışdı.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. “Müasir münaqişlərə artıq kosmosda gedir və sabahın müharibəsi də elə buradan başlayacaq. Kosmos artıq sığınacaq deyil, döyüş meydanına çevrilib”, - “AFP” Fransa liderindən sitat gətirir.