Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cənab Makron ABŞ Prezidenti ilə görüşündə iranlılara qarşı vəhşiliklərə müsbət yanaşdığını bəyan etməklə öz seçimini edib.
Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı özünün X səhifəsində yazıb.
“Onun kimilərin indi məsuliyyəti başqalarının üzərinə atması artıq gecdir. Fransa xalqı, o cümlədən sərbəst toplaşmaq azadlığının təmin olunmasını da əhatə edən köklü dəyişikliklər tələb edir. Cənab Prezident, Fransanın gələcəyinin səsinə qulaq asın!”, - o bildirib.
Qeyd edək ki, Fransada 500 minə yaxın insanın iştirak etdiyi kütləvi iğtişaşlar başlayıb. Şənbə günü keçirilən etiraz aksiyaları zamanı 1200-dən çox etirazçı saxlanılıb.