Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransa Prezidenti Emmanuel Makron süni intellekt texnologiyalarının inkişafına nəzarətin gücləndirilməsinin və bu sahədə tənzimləmə mexanizmlərinin tətbiqinin vacibliyini vurğulayıb.
Qlobal rəqabət: Makron Fransanın “Mistral” şirkətini dünyada qabaqcıl süni intellekt modelləri hazırlayan azsaylı şirkətlərdən biri adlandırıb.
“Bir tərəfdə amerikalılara, digər tərəfdə isə çinlilərə baxsaq, görərik ki, bu rəqabətdə faktiki olaraq yalnız Fransa və Kanada qalır”, – o bildirib.
Nəzarətin itirilməsi riski: Fransa liderinin sözlərinə görə, süni intellekt üzərində nəzarətin itirilməsi ehtimalı ilə bağlı narahatlıqlar artır və bu narahatlıqlar kifayət qədər əsaslıdır.
Məcburi yoxlama və sertifikatlaşdırma: Makron süni intellekt sistemlərinin istifadəyə verilməzdən əvvəl auditdən və ilkin sertifikatlaşdırmadan keçirilməsini təklif edib.
“Süni intellekt auditdən və ilkin sertifikatlaşdırmadan keçməlidir. Mən bunu oyuncaqların təhlükəsizliyini necə yoxlamağımızla müqayisə edərdim. Düşünürəm ki, bu, tamamilə məntiqlidir”, – Fransa Prezidenti vurğulayıb.
S.ELAY
XQ