Makron Suriyanın yeni liderini Fransaya dəvət edib

06.02.2025

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Makron Suriyanın yeni liderini Fransaya dəvət edib


Fransaya rəsmi səfərə dəvəti Emmanuel Makronla telefon danışığı zamanı Suriya prezidenti Əhməd əl-Şaraa alıb. Bu barədə Makronla telefon danışığından sonra Suriya liderinin ofisi məlumat yayıb.
“Əhməd əl-Şaraa Fransa prezidentindən yaxın həftələrdə Fransaya səfər etmək üçün dəvət alıb”, - deyə məlumatda bildirilir.
İddialara görə, Makron Əl-Şaraanı prezidentliyə başlaması münasibətilə təbrik edib və söhbətin mövzusu təhlükəsizlik məsələləri və birgə işləmək perspektivləri olub.
2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil oldular, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verdi və ölkəni tərk etdi. Dekabrın 10-da İdlib vilayətində qondarma xilas hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb. Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan “Həyat Təhrir əl-Şam” qruplaşmasının rəhbəri Əhməd əl-Şaraa oldu.
Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью