Makron, Tramp və Zelenski Yelisey sarayında görüşüblər

07.12.2024

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Yelisey sarayında ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp və fransalı həmkarı Emmanuel Makron arasında keçirilən görüşdən sonra onlara Ukrayna Prezidenti Vladimir Zelenski də qoşulub.
Yeniavaz.com
xarici KİV-lərə istinadən xəbər verir ki, görüş zamanı Tramp Ukraynadakı müharibəni tez bir zamanda bitirəcəyini vəd etsə də, bunun necə olacağını dəqiqləşdirməyib.
Qeyd edək ki, dünya liderləri Parisə 5 il əvvəl dağıdıcı yanğın nəticəsində ciddi ziyan dəymiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün gəliblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью