Makron Tramp və Zelenskini qəbul edəcək

07.12.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın yeni prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenskini dekabrın 7-də Yelisey Sarayında qəbul edəcək.

Axar.az xəbər verir ki, bu barədə Fransa prezident administrasiyasının məlumatında deyilir.

Bildirilib ki, görüşlər Notr-Dam kilsəsinin açılış mərasimindən əvvəl baş tutacaq.

Məlumata görə, tərəflər arasında iki ardıcıl təkbətək görüş keçiriləcək. Üçtərəfli görüşün olub-olmayacağı məlum deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью