Makron Tramp və Zelenskini qəbul edəcək

07.12.2024

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın yeni prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenskini dekabrın 7-də Yelisey Sarayında qəbul edəcək.

Sfera.az xəbər verir ki, bu barədə Fransa prezident administrasiyasının məlumatında deyilir.

Bildirilib ki, görüşlər Notr-Dam kilsəsinin açılış mərasimindən əvvəl baş tutacaq.

Məlumata görə, tərəflər arasında iki ardıcıl təkbətək görüş keçiriləcək. Üçtərəfli görüşün olub-olmayacağı məlum deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью