Makron Trampa Aİ nin Kiyev üçün nə edə biləcəyini demək niyyətindədir

27.03.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa prezidenti Emmanuel Makron martın 27-də Parisdə Avropa liderlərinin Ukrayna ilə bağlı görüşündən sonra ABŞ prezidenti Donald Trampa Avropa İttifaqının (Aİ) Kiyevə kömək etmək üçün nə etməyə hazır olduğunu söyləməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" mənbəyə istinadən xəbər verir.

Fransa prezidentinin ofisində adının açıqlanmasını istəməyən bir məmurun sözlərinə görə, ABŞ lideri ilə planlaşdırılan telefon danışığı zamanı Makron, həmçinin müzakirə olunan atəşkəs razılaşmasının bir hissəsi olaraq Rusiyaya “məcburi olmayan öhdəliklər” götürmək tələblərini irəli sürəcək.

Bundan əvvəl Fransa lideri martın 27-də Parisdə Ukrayna ətrafında vəziyyəti müzakirə etmək üçün bir sıra Avropa dövlətləri başçılarının görüşünün keçiriləcəyini bəyan etmişdi. O, bunu Kiyevə yardım göstərmək istəyənlərin koalisiyasının sammiti adlandırmışdı.

Martın 20-də Londonda hazırkı koalisiyaya daxil olan hərbi liderlərin görüşü keçirilib və münaqişə həll edildikdən sonra Ukraynaya qoşun yeridilməsinin əməliyyat detalları müzakirə edilib. Orada 30-a yaxın Qərb ölkəsindən nümayəndələr iştirak edib. Həmin gün Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib ki, krallıq sülh sazişinə əməl olunmasını təmin etmək üçün Ukraynada quru, dəniz və hava əməliyyatları üçün planlar hazırlayır.

Martın 12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, NATO qoşunlarının Ukrayna torpaqlarında istənilən bayraq altında və istənilən vəzifədə olması Rusiya üçün təhlükədir. Onun sözlərinə görə, Moskva heç bir halda bunu qəbul etməyəcək.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью