Makron Trampa səhər tezdən zəng vurdu

11.05.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Makron Trampa mobil telefonu ilə zəng edərək Kiyevdə 3 saat davam edən danışıqların nəticələri barədə məlumat verib.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqtonda səhər saat 7 olmasına baxmayaraq, Tramp zəngə cavab verib.

Telefon danışığının nəticəsi ilə bağlı Makron jurnalistlərə açıqlamasında deyib ki, təklif olunan atəşkəsə əsasən ABŞ nəzarət edəcək və bütün avropalılar buna öz töhfələrini verəcəklər.

Almaniya kansleri Fridrix Merz də ABŞ Prezdentinə təşəkkür edib:

“Təşəbbüsümüzü hərtərəfli dəstəklədiyi üçün ABŞ prezidentinə minnətdarıq. Amerika hökuməti atəşkəs rejiminə nəzarət etməyi öhdəsinə götürüb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью