Makron Trampa şərt qoyur?

24.09.2025

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron “BFMTV” telekanalına müsahibəsində belə iddia səsləndirib.
“Tramp bu yaxınlarda yeddi böhranın həllinə istinad edərək, barışığa sadiqliyini təkrarladı və açıq şəkildə bu mükafatı hədəfləyir. Lakin buna yalnız hazırkı münaqişəyə son qoymaqla nail olmaq mümkündür”, - Makron deyib.
Vaşinqtonun vəziyyətə təsirini vurğulayan Fransa prezidenti bu kontekstdə, ABŞ-nin Qəzza zolağında gedən əməliyyatla üçün İsrailə silah verdiyinə diqqət çəkib. Onun fikrincə, Tramp İsrail hakimiyyətinə təzyiq göstərməlidir ki, hərbi əməliyyatları dərhal dayandırsın və dialoqa yol açsın.
Nobel komitəsindən Trampa mesaj Xatırladaq ki, bu ilin fevralında Trampın özü Nobel Sülh Mükafatına layiq olduğunu iddia edib. Bir neçə şəxs isə onu mükafata namizəd göstərib: Cənubi Koreya parlamentinin Kəşfiyyat komitəsinin sədr müavini Pak Son Von; Şərqi Timorun prezidenti Xose Ramos-Horta—Ukrayna və Yaxın Şərq böhranlarının həll edilməsi şərtilə; bu mükafatın əhəmiyyətinə skeptik yanaşan Belarus prezidenti Aleksandr Lukaşenko.
Eyni zamanda, İsrailin baş naziri Binyamin Netanyahu Trampa sözügedən mükafata namizədlik mətnini təqdim edib. Ruandanın Xarici İşlər naziri Olivier Nduhunqirehe isə bu ideyanı dəstəkləyib.
Amerikalı konqresmen Erl “Baddi” Karter bununla bağlı İran-İsrail mübahisəsində vasitəçilik komitəsinə müraciət edib. Pakistan hökuməti isə Hindistan münaqişəsindəki roluna görə ABŞ prezidentinin namizəd göstərilməsi təklifini irəli sürüb.
Lakin iki həftə əvvəl Nobel Sülh Mükafatının ABŞ prezidenti Donald Trampa təqdim olunması çağırışlarını şərh edən Nobel Komitəsinin katibi Kristian Berq Harpviken namizədlərə baxarkən ictimai çağırışların diqqətə alınmadığını vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью