Makron Trampı Ukraynada dərhal atəşkəsdən çəkindirməyə çalışıb

03.03.2025

Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampdan Ukraynada dərhal atəşkəslə bağlı mövqeyinə yenidən baxmağı xahiş etdiyini bildirib.

Bu barədə İtaliyanın “Foqlio” qəzeti məlumat yayıb.

“Yəni, dərhal atəşkəs əldə etmək deyil, daha çox hava, dəniz və enerji infrastrukturu səviyyəsində barışıq əldə etməkdir”, – Fransa prezidenti qəzetə müsahibəsində bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Makronun Vladimir Putinlə mümkün dialoqun bərpası ilə bağlı bəyanatını şərh edib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью