Makron Trampın dəvətini qəbul etməyəcək, çünki... | Icma.az
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına dəvətini qəbul etmək niyyətində deyil.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi Fransa liderinə yaxın mənbəyə istinadən məlumat yayıb.
"Makron hesab edir ki, (Sülh Şurasının - red.) nizamnaməsi Qəzzadan kənara çıxır və bu, xüsusilə Fransanın toxunulmaz hesab etdiyi Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə və institusional strukturuna riayət olunması ilə bağlı ciddi narahatlıqlar doğurur", - deyə məlumatda qeyd olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu