Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünən Fransa prezidenti Emmanuel Makron Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşüb.
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, Fransa və Amerika prezidentləri, digər məsələlərlə yanaşı, Ukraynadakı müharibəni də müzakirə ediblər. E.Makron jurnalistlərə bildirib ki, Amerika prezidenti ilə Ukraynaya tutucu raketlər baxımından daha sürətli və daha güclü şəkildə kömək etmək barədə uzun müzakirə aparıb :
"Bu gün Ukrayna enerji sistemini və regiondakı vəziyyəti dəstəkləməliyik. Fransa tərəfinin məqsədi amerikalı həmkarını Ukraynaya dəstəyini davam etdirməyə və Rusiyaya təzyiqi artırmağa inandırmaq idi".
Aydın